Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda 29-cu turda dünən axşam "Qalatasaray"ı qəbul edib. Matç İstanbul klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bursaspor" - "Qalatasaray" - 0:5
Qollar: Ertoğrul Ersoy, 5-avtoqol, Bruma, 45, Ahmet Çalık, 57, Lukaş Podolski, 60, Yasin Öztekin, 89
Millimizin futbolçusu D.Yılmaz sözügedən qarşılaşmada oynamayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, 29 turdan sonra "Bursaspor" 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB