"İnter" Dieqo Simeoneyə ilinə 6 milyon avroluq 3 illik müqavilə təklif edəcək?
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "İnter"i çalışdıra bilər. Belə ki, İtaliya klubunun nümayəndələri Madrid təmsilçisinin Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı keçirəcəyi ilk oyundan sonra argentinalı mütəxəssislə görüşəcək.
Ona ilinə 6 milyon avro qazanacağı 3 illik müqavilə təklif ediləcək. Xəbərdə o da qeyd olunub ki, əgər "Atletiko" bu il Çempionlar Liqasının kubokunu qazansa, D.Simeone Madrid klubundan ayrılacaq və "İnter"ə keçəcək. Qeyd edək ki, D.Simeone açıqlamalarında bir gün "İnter"i çalışdırmaq istədiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB