Ölkəmizi IV İslam Həmrəyliyi Oyunlarında hansı stolüstü tennisçilər təmsil edəcək?
Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib. "Bakı-2017"nin saytında yer alan xəbərə görə, kişilərin yarışında Vəzir Allahverdiyev, Yu Xinhanq, Yang Xinyu və Vanq Çenxi birincilik uğrunda mübarizə aparacaqlar. Qadınların mübarizəsində ölkəmizi Məryəm İmanova, Ninq Cing, Çen Xinqtai və Vanq Miao təmsil edəcəklər.
IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları mayın 17-22-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB