“Beşiktaş”la oyunöncəsi "Fənərbaxça"da ciddi itki

“Beşiktaş”la oyunöncəsi "Fənərbaxça"da ciddi itki

"Fənərbaxça"nın futbolçusu Şener Özbayraklı "Beşiktaş"la oyunu buraxacaq. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Türkiyə superliqasının 29-cu turunda "Çaykur Rizəspor"la matçda zədələnən 27 yaşlı müdafiəçinin iki həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Bu isə o deməkdir ki, Ş.Özbayraklı növbəti turda "Beşiktaş"la görüşdə oynamayacaq.

Qeyd edək ki, "Beşiktaş" – "Fənərbaxça" matçı mayın 7-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə