Çimərlik futbolu üzrə milli komandamız təlim-məşq toplanışı keçirəcək

Çimərlik futbolu üzrə milli komandamız təlim-məşq toplanışı keçirəcək

Mayın 5-dən 28-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Su İdman Sarayının ərazisində təlim-məşq toplanışı keçirəcək. AFFA-nın yaydığı məlumata görə, toplanışa Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Rüfət Məmmədov, Comərd Baxşəliyev və Tural Abbaszadə dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə