Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən "DTF Prezident Kuboku" yarışına yekun vuruldu.
SİA-nın verdiyi məlumata görə, yarışın son iki günü taekvondoçularımız komandamızın aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 4 medal əlavə edib.
Yeniyetmələr arasında -41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (-68 kq) isə yarışı yarmfinal mərhələsində başa vurub.
Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı "DTF Prezident Kuboku" yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə bu gün turnirə yollanan millimiz 2 may tarixində vətənə dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB