FİG prezidenti: “Bütün iştirakçılar hər zaman Azərbaycandakı təşkilatçılıqdan razı qalırlar” AÇIQLAMA

FİG prezidenti: “Bütün iştirakçılar hər zaman Azərbaycandakı təşkilatçılıqdan razı qalırlar” AÇIQLAMA

"Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var. Əvvəlki illərdə də Bakıda Dünya Kuboku yarışları keçirilib. Hər dəfə yarışlarda yeniliklər görürük. Bütün iştirakçılar hər zaman Azərbaycandakı təşkilatçılıqdan razı qalırlar". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Morinari Vatanabe deyib.

O, Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirdiyini qeyd edib. FİG prezidenti 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın həm idman, həm bədii, həm də batut gimnastikası üzrə yarışlarda təmsil olunacağına əminliyini bildirib.

M.Vatanabe Azərbaycan Gimnasitika Federasiyasının baş katibi Fərid Qayıbovun uğurla fəaliyyət göstəriyini vurğulayıb: "Fərid mənim qardaşımdır. Onu yaxşı tanıyır və fəaliyyətini bəyənirəm. F.Qayıbova Avropa Gimnastika İttifaqının (UEG) prezident seçkilərində uğurlar arzu edirəm".

O, gimnastika növlərində yeniliklər etmək niyyətində olduqlarını açıqlayıb. M.Vatanabe planda daha çox media nümayəndəsi və azarkeşin yarışlara cəlb olunmasının nəzərdə tutulduğunu bildirib.

Qyed edək ki, bu gün FİG prezidenti M.Vatanabeyə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə