“Fənərbaxça”nın qapıçısı mövsümü erkən başa vurub

“Fənərbaxça”nın qapıçısı mövsümü erkən başa vurub

Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın qapıçısı Fabiano sıradan çıxıb. Brazliyalı qolkiper Superliqanın son turunda "Rizespor"la oyunda (3:1) zədələnib. Onun diz bağlarında yırtıq aşkarlanıb. Bu isə Fabianonun mövsümü erkən başa vurması deməkdir.

Qeyd edək ki, "Portu"dan icarəyə götürülən qapıçı bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə