“Levante” La Liqaya yüksəlib

“Levante” La Liqaya yüksəlib

Növbəti mövsüm üçün La Liqaya yüksələn ilk klubun adı məlum olub. Qol.az-ın məlumatına görə, İspaniya ikinci liqasının 36-ci turunda öz meydanında "Real Ovyedo"nu 1:0 hesabı ilə məğlub edən "Levante" La Liqada oynamaq hüququ qazanıb. Turnir cədvəlində 77 xalla lider olan komanda 3-cü pillə ilə xal fərqini 19-a çatdırıb və çempionatın sonuna 6 tur qalmış La Liqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, "Levante" tarixində 6-cı dəfədir ki, yüksək liqada oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə