Ukrayna səfiri: "Azərbaycanda bu sahənin inkişafını görmüşəm"

Ukrayna səfiri: "Azərbaycanda bu sahənin inkişafını görmüşəm"

Azərbaycan və Ukrayna rəqabət aparmır, təkcə siyasətdə deyil idmanda da bir-birini tamamlayırlar. Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. Səfir bildirib ki, bir idman həvəskarı kimi Bakıda keçirilən Dünya Kubokunun təşkilinin səviyyəsini yüksək qiymətləndir: "Mən çox şadam ki, Ukrayna komandası qızıl medal almışdır və bu, Ukraynada idmanın yüksək inkişaf səviyyəsini göstərir. Azərbaycanda idmanın səviyyəsinə şübhə etmirəm. Ona görə ki, mən uzun müddətdir burada işləyirəm, Azərbaycanda bu sahənin inkişafını görmüşəm və inkişafın davam etdiyi görürəm".

A. Mişenko qeyd edib ki, sevindirici haldır ki, çoxsaylı Ukraynalı gimnast Bakıda keçirilə idman yarışlarında iştirak edir: "Təəssüf ki, Ukraynada Milli Gimnastika Arenası kimi zal yoxdur. Lakin biz tez-tez gəlib Bakıda keçirilən idman yarışlarını seyr edəcəyik və həm Ukrayna idmançılarının həm də Azərbaycan gimnastlarının qələbələrinə sevinəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə