"Bakıda olmaq mənə böyük həzz verir”

"Bakıda olmaq mənə böyük həzz verir”

Marafonun keçdiyi marşrut çox gözəl idi. Qaçış zamanı ətrafı seyr etməkdən böyük zövq aldım. Bu sözləri "Bakı Marafonu-2017"də kişilərin mübarizəsində üçüncü yeri tutan rusiyalı Vladislav Demyanov deyib.

O qeyd edib ki, havanın isti olmasına baxmayaraq, 21 kilometrlik məsafəni qətiyyətlə başa vurub. "Builki yarışda rəqabət çox böyük idi. Həmçinin sürətli iştirakçılar üstünlük təşkil edirdi. İnanıram ki, növbəti illərdə də Bakıda təşkil olunacaq marafonlara qatılacağam. Çünki burada yarışmaq və ən əsası Bakıda olmaq mənə böyük həzz verir", - deyə V.Demyanov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə