"Bavariya" 27-ci dəfə Almaniya çempionu oldu!

"Bavariya" 27-ci dəfə Almaniya çempionu oldu!

"Bavariya" Almaniya bundesliqasında 2016/17 mövsümünün qalibi olub.Belə ki, Münhen klubu ölkə çempionatının 31-ci turunda dünən "Volfsburq"a 6:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

"Volfsburq" - "Bavariya" - 0:6
Qollar: David Alaba, 19, Robert Levandovski, 36, 45, Aryen Robben, 66, Tomas Müller, 80, Coşua Kimmix, 85

Bu qələbə ilə xalının 73-ə yüksəldən Karlo Ançelottinin komandası ən yaxın izləyici "Leytspiq"lə xal fərqini 10-a yüksəldib və tarixində 27-ci dəfə ölkə çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə