Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşib. Qol.az-ın məlumatına görə, bu "Sanderlend"dir. Ölkə çempionatının 34-cü turunda doğma meydanda "Bornmut"a uduzan Devid Moyesin komandasının son 4 turun nəticəsindən asılı olmayaraq yarışı son 3 pillədən birində başa vuracağı dəqiqləşib. Bununla da "Sanderlend" 10 ildən sonra elita ilə vidalaşıb.
Qeyd edək ki, "Sanderlend" hazırda 21 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb. Əlavə edək ki, Premyer Liqanı son 3 pillədə başa vuran komandalar çempionşipə düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB