Zinəddin Zidanla prezidentliyə namizəd arasındakı "söz müharibəsi" böyüyür

Zinəddin Zidanla prezidentliyə namizəd arasındakı "söz müharibəsi" böyüyür

Fransada prezidentliyə namizəd ultrasağçı "Milli Cəbhə" partiyasının rəhbəri Marin Le Pen "Real"ın baş məşqçisi Zinəddin Zidanın növbəti tənqidlərinə cavab verib. Axar.az-ın məlumata görə, şovinist lider bildirib ki, Zidan sərvətlərini qorumaq üçün belə açıqlamalar verir. "Qazancını düşündükdə, Zidanın şərhlərinə təəccüblənmədim. Güman edirəm ki, Zidan sərvətini qorumaq üçün Makronun qalib gəlməsini istəyir", - Le Pen bildirib.

Qeyd edək ki, məşhur futbolçu növbəti dəfə ultrasağçı liderin əleyhinə açıqlama verib. O, Le Penin qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Xatırladaq ki, Le Penlə Zidan arasında bundan öncə də gərginlik yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə