"Real" "Valensiya"nı məğlub edib vahid lider oldu

"Real" "Valensiya"nı məğlub edib vahid lider oldu

"Real" İspaniya La Liqasında növbəti oyununa çıxıb. Madrid klubu 35-ci tur çərçivəsində dünən "Valensiya"nı qəbul edib. Matç Zinəddin Zidanın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Valensiya" - 2:1
Qollar: Kriştiano Ronaldo, 27 (1:0), Daniel Pareyo, 82 (1:1), Marselo, 86 (2:1)
Reallaşdırılmayan penalti: Kriştiano Ronaldo, 57 ("Real")

Bu qələbə ilə xalını 81-ə yüksəldən "Real" turnir cədvəlində vahid lider olub. "Barselona" 78 xalla 2-ci pillədə qərarlaşıb. "Atletiko" və "Sevilya" hərəyə 68 xalla 3-4-cü pilllələri bölüşdürürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə