27 aprel tarixində Azərbaycan Dövlət Musiqili Tetarında "Tələbə baharı" X Ümumrespublika tələbə yaradıcılıq festivalın Qala konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, rəsmilər və bir sıra qonaqlar iştirak ediblər. Myuzikl tamaşa formatında keçirilən Qala konsertin 3-6 aprel tarixlərində baş tutan seçim turlarında 25-ə yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiylar üzrə istedadlarını nümayiş etdiriblər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynamışdır. 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olmuşlar. 2011-ci İldən etibarən "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir. Festivalın keçirilməsində məqsəd, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Sonda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB