"Bavariya"nın prezidenti: "Ançelottini istefaya göndərməyə hazırlaşmırıq"

"Bavariya"nın prezidenti: "Ançelottini istefaya göndərməyə hazırlaşmırıq"

"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqe komandanın baş məşqçisi Karlo Ançelotti ilə yolları ayıracaqları barədə iddialara münasibət bildirib. SİA-nın məlumatına görə, o, italiyalı mütəxəssisi istefaya göndərməyəcəklərini deyib: "Ançelottini istefaya göndərməyə hazırlaşmırıq. Mətbuatın bizə təzyiq göstərməyinə icazə verməyəcəyik".

Qeyd edək ki, Çempionlar Liqası və Almaniya kubokunda mübarizəni dayandıran "Bavariya" Almaniya bundesliqasında hazırda ilk pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə