“Qalatasaray” "Kasımpaşa" ilə ev oyununu azarkeşsiz keçirəcək

“Qalatasaray” "Kasımpaşa" ilə ev oyununu azarkeşsiz keçirəcək

Super Liqa təmsilçisi "Qalatasaray" cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam İntizam "cim-bom"a bir oyunluq cəza verib. Belə ki, "sarı-qırmızılar" "Fənərbaxça" ilə derbidə azarkeşlərinin etdiyi hərəkətlərə görə cəza çəkməli olacaq. Qərara əsasən, "Qalatasaray" 30-cu turda "Kasımpaşa" ilə ev oyununu azarkeşsiz keçirməli olacaq. Qeyd edək ki, ötən həftə baş tutan derbidə "Fənər" 1:0 hesablı qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə