"Bavariya" 20 yaşlı futbolçuya görə 20 milyon avro ödəyəcək

"Bavariya" 20 yaşlı futbolçuya görə 20 milyon avro ödəyəcək

"Bavariya" komandada icarə əsasında çıxış edən Kinqsli Komanla yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilin yayına qədər müqavilə bağlayan Münhen klubu onun transfer hüququna da yiyələnib. Keçid üçün "Bavariya" "Yuventus"a 20 milyon avro ödəyəcək. Qeyd edək ki, 2015-ci ildən "Bavariya"da çıxış edən fransalı futbolçu bu mövsüm 17 matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə