Naxçıvanda stolüstü tennis üzrə birinciliyə yekun vurulub

Naxçıvanda stolüstü tennis üzrə birinciliyə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin komandaları arasında "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında keçirilən stolüstü tennis üzrə birinciliyə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir. Sonra yarışlara start verilib, qalib komandalara təşkilatçıların diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə