“Səbail” və “Ağsu” Premyer Liqaya vəsiqə qazanıblar

“Səbail” və “Ağsu” Premyer Liqaya vəsiqə qazanıblar

Azərbaycan I divizionunda gümüş və bürünc medalın sahibi müəyyənləşib. Qol.az-ın xəbərinə görə, bu, son turun oyunlarından sonra məlum olub. "Səbail" səfərdə "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək 57 xalla 2-ci pillədəki yerini qoruyub. "Ağsu" isə "Şəmkir"lə qolsuz heç-heçə edərək xalını 53-ə çatdırıb və 3-cü pilləyə yüksəlib. Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququ əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə