FİFA referisi: “Bakı-2017” də oyunların ədalətli keçməsi üçün əlimizdən gələni edəcəyik” AÇIQLAMA
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarını bir neçə ölkədən olan hakimlər idarə edəcək. Azərbaycanla yanaşı, başqa 3 ölkədən də ədalət təmsilçiləri dəvət olunub". Bunu SİA-ya açıqlamasında FİFA referisi Əliyar Ağayev deyib.
O bildirib ki, "Bakı-2017"nin oyunlarını idarə etmək üçün hakimlərimiz yüksək hazırlığa malikdirlər: "Hələ Azərbaycan çempionatı başa çatmayıb. Premyer Liqanın son turundan sonra "Bakı-2017" yə qatılacağıq. IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışda iştirak etmək çox sevindiricidir. "Bakı-2017"də mübarizə aparacaq 8 komandanın heç birinin oyunlarını idarə etməmişəm. Bu Oyunlarda ilk dəfə sözügedən komandaların qarşılaşmalarında ədalət prinsiplərini qoruyacağam. Hazırlığımıza həmişəki kimi xüsusi diqqət edirik. Mayın 7-də hakimlərlə bağlı iclas olacaq. Orada bizə hər şey haqqında ətraflı məlumat veriləcək. "Bakı-2017" də oyunların ədalətli idman mübarizəsi şəraitində keçməsi üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları 8-21 may tarixlərində 4 müxtəlif arenada təşkil ediləcək. Qrup mərhələsinin oyunları "Azal Arena" və "Bayıl Arena", yarımfinal görüşləri "Dalğa Arena", final qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
"Bakı-2017"nin oyunlarını Azərbaycandan referilər - Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədov idarə edəcək. Matçlarda referi köməkçisi funksiyasında isə Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynov çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB