“Qarabağ”ın futbolçusu ölkəsində mükafatlandırılıb

“Qarabağ”ın futbolçusu ölkəsində mükafatlandırılıb

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində mükafatlandırılıb. Qol.az-ın citizen.co.za saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı forvard Cənubi Afrika Respublikasının (CAR) legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı seçilib.

Martda Ağdam klubunun 4 oyun keçirən Ndlovu 2 qol vurub. Qeyd edək ki, ötən il Kiprin "Anortosis" klubundan transfer olunan futbolçu bu mövsüm 9 dəfə rəqib qapılarına yol tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə