Meksikanın "Tiqres" klubunun futbolçusu Andre-Pyer Jinyak PSJ klubu haqda maraqlı açıqlama verib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, "Marsel"in sabiq futbolçusu PSJ-də oynamaqdansa, ölməyi üstün tutduğunu deyib: "Qazandığım pulun 10 qatını da versələr, yenə də PSJ-yə keçmərəm. "Barselona" Çempionlar Liqasında PSJ-yə 6-cı qolu vuranda necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Elə qışqırdım ki, həyat yoldaşım da qorxdu".
Qeyd edək ki, Fransa millisinin sabiq futbolçusu 2010-2015-ci illərdə "Marsel"də oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB