Tülkülər Ceymi Vardinin cücələrini aparırlar

Tülkülər Ceymi Vardinin cücələrini aparırlar

"Lester Siti"nin hücumçusu Ceymi Vardi məişət problemi ilə üzləşib. SİA-nın məlumatına görə, tülkülər tez-tez onun yaşadığı malikanənin həyətinə soxulub toyuq-cücəni aparırlar. Bu səbəbdən Vardi evini dəmir hasarla dövrəyə almaq niyyətindədir. Bunun üçün 2.5 milyon funt xərclənəcək. İngilis forvard toyuq-cücədən başqa, donuz da saxlayır. Onun həyat yoldaşı təsərrüfatın fotosunu "İnstagram" hesabından paylaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə