Fransa Kubokunda ilk finalçı müəyyənləşib

Fransa Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə start verilib. SİA-nın məlumatına görə, 1/2 finalın ilk görüşündə "Anje" öz meydanında "Genqam"ı qəbul edib. Hər hissədə 1 dəfə fərqlənən "Anje" 2:0 hesablı qələbə qazanmaqla adını finala yazdırıb.

Qeyd edək ki, ikinci finalçının adı PSJ - "Monako" matçından sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə