“Çelsi” rəqibini darmadağın edib

“Çelsi” rəqibini darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun daha 1 oyunu keçirilib. Belə ki, lider "Çelsi" öz meydanında "Sautgempton"u qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Antonio Kontenin komandası çempionluğa bir qədər də yaxınlaşıb.


İngiltərə Premyer Liqası

34-cü tur

25 aprel

"Çelsi" - "Sautgempton" 4:2
Qollar:
Hazar, 5 (1:0), Romeu, 24 (1:1), Keyhill, 45+1 (2:1), Kosta, 53 (3:1); 89 (4:1), Bertrand, 90+4 (4:2)

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 78-ə çatdıran "Çelsi" ən yaxın izləyicisi, 1 oyun az keçirən "Tottenhem"i 7 xal qabaqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə