Finlandiyalı məşqçi: "Bakıya yarışlara gəlmək çox xoşdur"

"Bakıya təlim-məşq toplanışlarına və yarışlara gəlmək çox xoşdur. Paytaxtınızda keçiriləcək dünya kubokundan gözləntilərimiz böyükdür." Bu sözləri bədii gimnastika üzrə Finlandiya millisinin məşqçisi Larisa Qryadunova deyib.

Budəfəki yarışda komandanın üzvlərinin birinin xeyli gənc olduğunu vurğulayan məşqçi onun Bakıda təcrübə qazanmağa çalışacağını bildirib: " O, bir müddət əvvəl ciddi zədədən sağalıb və iki ilə yaxın yarışlarda iştirak etməyib. İndi yavaş-yavaş təcrübə toplayır və ümid edirəm ki, onda hər şey alınacaq. İstərdim ki, ən azı bir finala çıxaq. Komandanın heyətinə təlim-məşqlərini Bakıda keçmiş Yukki Tikkanen də daxil edilib. O, artıq uzun müddətdir yarışlarda çıxış edir, təcrübəli və yaxşı gimnastdır. Ötən il dünya kubokunda çıxış etmiş Yekaterina Volkova isə təəssüf ki, şəxsi problemləri ilə əlaqədar karyerasını başa vurub".

Bakıda məşqlərin keçirilməsi və gimnastikanın inkişafı üçün mükəmməl şəraitin yaradıldığını deyən Larisa Qryadunova diqqətə çatdırıb ki, burada çox yaxşı zal, ətrafında səmimi ab-havanın hökm sürdüyü çoxlu gimnastika xalçaları var. Buna görə də bura gəlmək çox xoşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...