Romario: “Maradona Messidən üstündür"

Romario: “Maradona Messidən üstündür"

Braziliya yığmasının və "Barselona"nın keçmiş hücumçusu Romario maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu özü ilə argentinalılar – Dieqo Maradona və Lionel Messi arasında müqayisə aparıb. Maradonanı Messidən üstün sayan Romario özünün daha güclü futbolçu olduğunu vurğulayıb: "Maradona Messidən üstündür. Bunu Dieqonun milli komandada etdiklərini nəzərə alaraq, deyirəm. Amma hər ikisinə hörmətimi bildirməklə yanaşı, onlardan daha güclü futbolçu olduğumu deməliyəm".

Qeyd edək ki, Romario Braziliya yığmasında keçirdiyi 70 oyunda 55 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə