“Liverpul”un hücumçusu Daniel Staric zədələnib

“Liverpul”un hücumçusu Daniel Staric zədələnib

"Liverpul"un hücumçusu Daniel Staric növbəti dəfə zədələnib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, məşq zamanı budundan zədə alan futbolçu bir neçə həftə meydana çıxa bilmyəcək. Onun mövsümün qalan 4 oyununu buraxacağı gözlənilir. "Liverpul"un tez-tez zədələnən İngiltərə millisinin üzvünü yayda başqa klublara satmağa hazır olduğu bildirilir. Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-cü ildən "Liverpul"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə