Kamran Şahsuvarlı: “Bakı-2017”də yüksək nəticələr əldə edəcəyik” AÇIQLAMA
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm". Bunu SİA-ya açıqlamasında boks üzrə Azərbaycan milli komandasının üzvü Kamran Şahsuvarlı (75 kq) deyib.
O qeyd edib ki, milli komadamızda çəkilər üzrə rəqabət olsa da, yaxşı formada qalaraq "Bakı-2017"də döyüşməyə haqq qazanmağa çalışacaq: "Vətənimizdə keçirilən Oyunlarda var gücümlə çalışacağam ki, ən yüksək nəticə göstərim. Millimizə yeni baş məşqçi təyin olunub. Hazırda onun rəhbərliyi ilə hazırlıq keçirik. Fikrimcə, IV İslam Həmrəyliyi Oyunlarında ən çətin rəqiblərimiz Qazaxıstan və Özbəkistan boksçuları olacaq. Ancaq bütün rəqiblərimzə ciddi yanaşırıq və rinqə yalnız qələbə üçün çıxacağıq".
Boksçu millimizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşdığını vurğulayıb: "Üç-dörd gün öncə Qəbələdən 1 aylıq təlim-məşq toplanışından gəlmişik. Yığma komandamız əla vəziyyətdədir. İnanıram ki, "Bakı-2017"də yüksək nəticələr əldə edəcəyik. Aprelin 25-dən yenidən Bakıda məşqlərə başlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB