La Liqada 33-cü tura yekun vurulub

La Liqada 33-cü tura yekun vurulub

İspaniya La Liqasında 33-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib. Avroliqada uğrunda mübarizə aparan "Eybar" və "Atletik" üz-üzə gəliblər. Birincilərin meydanında keçirilən oyunun taleyini 1 qol həll edib.

Raul Qarsiyanın 90+4-cü dəqiqədə vurduğu qol "Atletik"ə qələbə gətirib. Bilbao klubunun qələbəsində "Eybar"ın 56-cı dəqiqədən azlıqda qalması da rol oynayıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 56-ya yüksəldən "Atletik" Avroliqaya vəsiqə verən altıncı pilləyə yüksəlib. "Eybar" isə 50 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə