"Borussiya"nın (Dortmund) zədəli futbolçusu Nuri Şahin tibbi müayinədən keçib. Alman klubunun rəsmi saytında yer alan xəbərə görə, türk yarımmüdafiəçinin ayaq əzələsində yırtıq aşkarlanıb. Onun mövsümün sonunda yaşıl meydanlara qayıda biləcəyi vurğulanıb.
Qeyd edək ki, N.Şahin Almaniya bundesliqasının 30-cu turunda Münhenqladbax "Borussiya"sına qarşı matçın 22-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB