Türkiyənin "Qaziantepspor" klubunun futbolçusu Frantsek Rajtoral intihar edib. SİA-nın məlumatına görə, çexiyalı futbolçu Qaziantepdə tək yaşadığı evində özünü tavandan asıb. Oyunçunun evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər. Futbolçunun ailəsi ilə problemi olduğu üçün intihar etdiyi iddia edilir.
Qeyd edək ki, Rajtoral "Qaziantepspor"a mövsümün əvvəlində transfer olunub. O, Antep təmsilçisinin heyətində 12 matçda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB