Azərbaycan cüdoçusu Avropa çempionudur!

Azərbaycan cüdoçusu Avropa çempionudur!

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xatırladaq ki, cüdoçumuz 2013-cü ildə dünya çempionu tituluna yiyələnmişdi.

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə beşinci yeri tutublar. Bununla da, Azərbaycan milli komandası iki qızıl, üç bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışları ikinci yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə