Almaniya Bundesliqası: “Köln” son anda qələbəni əldən verdi

Almaniya Bundesliqası: “Köln” son anda qələbəni əldən verdi

Almaniya Bundesliqasında 30-cı tura start verilib. Qol.az-ın məlumatına görə, turun açılış oyunu Kölndə keçirilib. Eyniadlı komanda "Hoffenhaym"la üz-üzə gəlib. Matçın gedişində hesabda önə keçən "Köln", yalnız son anlarda qələbəni əldən verib.



Almaniya Bundesliqası

XXX tur

21 aprel

"Köln" - "Hoffenhaym" 1:1
Qollar:
Bittenkurt, 58 (1:0), Demirbay, 90+3 (1:1)

Qeyd edək ki, 30 turdan sonra "Hoffenhaym" 55 xalla üçüncü, "Köln" isə 41 xalla altıncı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə