Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov Bakıda fəaliyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.
Mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov akademiyanın fəaliyyəti barədə FIDE prezidentinə məlumat verib. Bildirilib ki, Vüqar Həşimov Şahmat Akademiyasında 200-dən çox yeniyetmə bu qədim oyunun sirlərini öyrənir. İl ərzində akademiya tərəfindən çoxlu sayda turnirlər təşkil edilir. Yaradılan şəraiti yüksək qiymətləndirən FIDE prezidenti Azərbaycanda şahmatın inkişafında akademiyanın özünəməxsus rolu olacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB