Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və "Bakcell"in dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitmə qüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri" başa çatıb.
SİA xəbər verir ki, turnirin qalibi "Zirvə" komandası olub. İkinci yeri "Ümüd", üçüncü pilləni isə "Birlik" tutub.
"Zirvə" komandasının üzvü Şövkət Əsgərov ən yaxşı qapıçı, "Zirvə" komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu "Ümüd" komandasının üzvü Elcan Əsədov olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB