Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbovun əvvəlki formasını bərpa edəcəyinə inanıram" AÇIQLAMA

Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbovun əvvəlki formasını bərpa edəcəyinə inanıram" AÇIQLAMA

"Nəticələrin bir il yüksək, daha sonra aşağı olması hər bir şahmatçının başına gələ bilər. Teymur Rəcəbov hər zaman sözünü demiş şahmatçı olub. Ondan böyük uğurlar gözləyirik". Bunu SİA-ya açıqlamasında "Shamkir Chess 2017" superturnirində iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov deyib.

O, "Shamkir Chess 2017" superturnirində mübarizə aparan T. Rəcəbovun son zamanlar nəticələrində geriləmə olsa da, bu turnirdə uğurlu çıxışı ilə əvvəlki formasını bərpa edəcəyinə inandığını qeyd edib.

Şahmatçı özünün builki nəticələrindən də danışıb: "Mən bu il cəmi bir turnirdə oynamışam. Qran-Pridə iştirak etdim və birinci yerə çıxdım. Bu yarışda yüksək nəticə göstərmək mənim üçün çox önəmli idi. Orada qalib gəldiyim üçün özümə inamım artıb. Çalışacağam ki, uğurları davam etdirim".

Bütün xəbərlər Facebook səhifəmizdə