Fərid Hüseynov: "Yerli şahmatçılarımızdan yüksək nəticələr gözləyirik" AÇIQLAMA
"Shamkir Chess 2017"ni təşkil etmək bizim üçün böyük qürur hissidir. Turnirdə iştirak etdiyinə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova minnətdarlığımızı bildiririk. Onun iştirakı yarışın mötəbərliyini daha da artırır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vüqar Həşimov Memorialının direktoru, "Shamkir Chess 2017" superturnirinin Təşkilat Komitəsinin sədri Fərid Hüseynov deyib.
O qeyd edib ki, dünya çempionu Maqnus Karlsenin yarışda iştirak etməməsi şahmatçının və turnirin qrafikinin üst-üstə düşməməsi ilə bağlıdır: "Bundan öncəki və bu turnirdə M.Karlsenin iştirak etməməsi heç də yarışa olan marağı azaltmır. Ancaq şahmatçı özü də dəfələrlə bildirib ki, növbəti illərdə bu turnirdə böyük məmnuniyyət hissi ilə iştirak etmək istəyir. Burada dünyanın ən güclü şahmatçıları mübarizə aparırlar. Ötən il həmyerliyimiz Şəhriyar Məmmədyarovun qalib gəlməsi hamımızı sevindirdi. Bu il də yerli şahmatçılarımızdan yüksək nəticələr gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB