Vladirmir Kramnik: "Şəmkirin fəxri vətəndaşı olmağa razılıq verdim"

Vladirmir Kramnik: "Şəmkirin fəxri vətəndaşı olmağa razılıq verdim"

"Shamkir Chess 2017" superturnirinin açılış mərasimindən sonra şahmatçıların iştirakı ilə media nümayəndələri üçün mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda turnir iştirakçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar:

- Azarkeşləri, eləcə də medianı maraqlandıran bir sual var: Həmyerlimiz Şəhriyar Məmmədyarov ötənilki uğurunu təkrarlaya biləcəkmi?

- Əlbəttə, o nəticəni təkrarlamaq istərdim və bunun üçün əlimdən gələni edəcəyəm. Alınsa, çox sevinərəm, alınmasa da, həyat davam edir. Ötənilki nəticəni təkrarlamaq üçün bütün gücümü səfərbər edəcəyəm.

- Sualım Teymur Rəcəbovadır: Ötən il turnirdə Şəhriyar qalib gəldi. Hesab etmirsiniz ki, bu il sizin növbənizdir?

- Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm.

- Sualım Vladirmir Kramnikədir: Bir neçə dəqiqə əvvəl Şəmkirin İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sizə bu rayonun fəxri vətəndaşı olmağınızı təklif etdiyini gördüm. Bu, doğrudurmu?

- Bəlkə də bu, sirr idi. Ancaq bir halda ki, siz artıq açıqladınız, bəli, mən Şəmkirin fəxri vətəndaşı olmağa razılıq verdim. Bəlkə bu, məni şəmkirlilərin qəzəbindən xilas edər.

- Sualım Uesli Soyadır: Şəmkir turnirində ən yüksək reytinq sizdərir və təbii ki, çoxları sizi fovarit sayır. Hədəfiniz nə olacaq?

- Hazırda dünya reytinqində 2-ci pillədə qərarlaşmışam. Burada əmsalımı artırmağa və birinci yeri tutmağa çalışacağam.

- Sualım Sergey Karyakinədir: Qısa zaman kəsiyində dünya şahmat aləmini 2 dəfə təəccübləndirdiniz: Dünya şahmat tacı uğrunda Maqnus Karlsenə qarşı görüşdə hesabda önə çıxdınız, az sonra isə bu mübarizədən məğlub ayrıldınız. Üçüncü möcüzəni çox gözləməliyik?

- Əslinə həmin partiyaları xatırlayarkən hansısa yanlışlığa yol verdiyimi düşünmürəm. Norveçli qrossmeysterə qarşı kifayət qədər güclü oyunlar keçirdim. Sadəcə son anda bu gərgin matçdan o qalib ayrıldı. Lakin siz 3-cü möcüzəni arzulayırsınızsa, təntənəli surətdə söz verirəm: Çox gözləməyəcəksiniz.

- Sualım Vladimir Kramnikədir: Görürəm ki, son 2 saatda əhvalınız çox yüksəkdir. Ümu iyyətlə son 1 ildə nəticələriniz artan qrafiklə gedir. Şəmkir turniri haqda nə düşünürsünüz və şansları obyektiv necə dəyərləndirirsiniz?

- Yüksək əhvalım onunla bağlıdır ki, son bir neçə gündə əvvəlcə Sürixdə, ardından Moskvada oldum. Orada havanın temperaturu 0 dərəcə idi. Havalar çox soyuq keçirdi. Burada isə hava günəşlidir. Əhal-ruhiyyəm ilk növbədə bununla bağlıdır. Nəyə iddia edirəm? Reytinqim yetərincə yüksəkdir və deməli, məntiqlə ən yüksək yerlər uğrunda oynamalıyam. İş ondadır ki, Sürix turnirinə qədər son 4 ayda oynamamışam, ona görə də hansı formada olduğumu demək çətindir. Bütün hallarda bura böyük həvəslə gəlmişəm. Mümkün qədər yaxşı oynamağa çalışacağam. Yaxşı oynasam isə, nəticə də yüksək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə