Çempionlar Liqasının püşkatma mərasimi sabah keçiriləcək

Çempionlar Liqasının püşkatma mərasimi sabah keçiriləcək

Avropa Liqası və Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub. Qol.az-ın xəbərinə görə, tədbir aprelin 21-də İsveçrənin Sion şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının yarımfinal mərhələsinin, 15:00-da isə Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqasının yarımfinalına yüksələn komandalar:

"Real" (Madrid, İspaniya), "Monako" (Fransa), "Yuventus" (İtaliya), "Atletiko" (Madrid, İspaniya) klubları yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə