“Beşiktaş”ın azarkeşi Fransada məhkəmə qarşısına çıxarılıb

“Beşiktaş”ın azarkeşi Fransada məhkəmə qarşısına çıxarılıb

"Beşiktaş"ın azarkeşlərindən biri Fransada məhkəmə qarşısına çıxarılıb. Türkiyə mətbuatının yazdığına görə, dünən saxlanılan fanatla bağlı həbs qərarı verilib. Buna səbəb kimi, Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində ötən həftə keçirilən "Lion" – "Beşiktaş" qarşılaşmasında həmin azarkeşin stadion əməkdaşlarından birini vurması göstərilib. Stadionun kameralarına düşdüyü söylənilən olayda Almaniyadan Fransaya yollanan Türkiyə əsilli azarkeşin stadion işçisini yumruqla vurduğu bildirilib. Bu səbəbdən məhkəmə onun 2 aylıq həbsinə qərar verib.

Maraqlıdı ki, qarşılaşmadan əvvəl tribunalardakı qarışıqlığa görə, 2000-ə yaxın fransız fanat meydana axın edərək, dava-dalaşa səbəb olsa da, saxlanılan yeganə azarkeş türkiyəli olub. Qeyd edək ki, fransız azarkeşlərin intizamsız davranışı üzündən 45 dəqiqə gec başlayan "Lion" – "Beşiktaş" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə