"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi "Real"la Çempionlar Liqasının dünənki oyunu ilə bağlı fikrini bildirib. SİA-nın məlumatına görə, fransalı futbolçu "İnstagram"dakı rəsmi səhifəsində oyunun baş hakimi Viktor Kaşşaidən narazılığını bildirib. O, "Real"ın 2 qolu ofsaytdan vurduğunu göstərən şəkillər paylaşıb. Lakin sonra futbolçu şəkilləri pozub. Həmin şəkillərdən birində Riberi "Hakimin gərgin əməyi. Təşəkkürlər, hakim! Bravo!",- sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB