Ronaldo daha bir rekorda imza atıb

Ronaldo daha bir rekorda imza atıb

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab oyununda het-trikə imza atan portuqaliyalı hücumçu bu turnirdə vurduğu qollarının sayını 100-ə çatdırıb. Bu nəticə ilə o, ÇL-də 100 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, "Real" - "Bavariya" görüşü Madrid klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb

Bütün xəbərlər Facebook səhifəmizdə