"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının təqvimi müəyyənləşib. SİA-nın məlumatına görə, qadın voleybolçuların yarışında 5 komanda birincilik uğrunda mübarizə aparacaq.
Millimiz ilk oyununu mayın 11-də Qırğızıstan yığmasına qarşı keçirəcək. İki gün sonra voleybolçularımız Tacikistan yığması ilə üz-üzə gələcəklər. Mayın 14-də Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək.
Yarışın yarımfinal mərhələsi mayın 17-də, final oyunu isə bir gün sonra təşkil olunacaq.
Kişi voleybolçuların mübarizəsində isə 8 milli komanda iki qrupda yarışacaq. "A" qrupunda yer alan yığmamız IV İslam Həmrəyliyi Oyunlarına mayın 11-də Pakistan ilə oyunla başlayacaq. Millimiz mayın 13-də Türkiyə, mayın 16-da Fələstin, bir gün sonra isə Türkmənistan yığmasını sınağa çəkəcək.
Kişilərin mübarizəsində yarımfinal görüşləri mayın 20-də, qızıl medal uğrunda oyun isə bir gün sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB