Ronaldo almanlara futbol dərsi keçdi!

UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı "Atletiko Madrid" komandası olub. İlk oyunda Madriddə minimal hesabla qalib gələn "Atletiko" komandası İngiltərədə "Lester Siti" ilə matçda 1:1 hesablı heç-heçə edərək adını yarımfinala yazdırıb.

Gecənin digər qarşılaşmasında isə, Madriddə "Real" "Bavariya" ilə qarşılaşıb. Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldo het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən "kral klubu" yarımfinala adlayan tərəf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə