"Yuventus"un sabiq baş məşqçisi Marçelo Lippi Turin klubunun "Barselona" ilə oyunu öncəsi fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, təcrübəli mütəxəsis "Yuventus"un daha güclü olduğunu qeyd edib: "Barselona"nın hücum xəttində əla oyunçular var. "Yuventus" isə onlardan daha güclüdür. "Qoca senyora" Turində olduğu kimi katalonların hücum triosunu zərərsizləşdirə bilsə, qalib gəlmək üçün şans olacaq. Onlar ilk matçdakı kimi oynayıb, ən yaxşı keyfiyyətlərini göstərməlidirlər. "Barselona"nı bütün stadion dəstəkləycək. Onlar PSJ ilə oyunda göstərdilər ki, istənilən top fərqini aradan qaldıra bilirlər. Amma "Yuventus" PSJ deyil. Futbolda hər şeyin baş verməsi mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB