"Athletik Bilbao"nun baş məşqçisi istefa verməyə hazırlaşır

"Athletik Bilbao"nun baş məşqçisi istefa verməyə hazırlaşır

"Athletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde mövsümün sonunda postunu tərk etməyə hazırlaşır. SİA-nın məlumatına görə, ispaniyalı mütəxəsis bu barədə klub rəhbərliyini məlumatlandırıb. "Athletik"in prezidenti Xose Urrutiya isə onun qərarını bir daha nəzərdən keçirəcəyinə ümid edir.

Məlumata görə, tərəflər artıq 2 aydır bu məsələni müzakirə etməkdədir. Valverde "Barselona"nın baş məşqçisi olmağa namizədlərdən biridir. Katalonlar artıq onunla əlaqə saxlayıblar. Valverde özü isə "Barselona"da işləyib-işləməyəcəyi barədə sualı cavablandırmaqdan imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə