Ötən hər gün bizi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yaxınlaşdırır. Ölkəmizin tibb müəssisələri də həmin tədbirə çox ciddi şəkildə hazırlaşırlar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında da mühüm beynəlxalq idman tədbiri zamanı üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün bütün hazırlıq işləri başa çatıb.
SİA-nın məlumatına görə, AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verən baş həkim Rauf Nağıyev deyib: "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar stansiyanın tibb işçiləri iştirakçıların və qonaqların məskunlaşdığı 40-a yaxın obyektə xidmət göstərəcək, eləcə də yarışların keçirildiyi idman meydançalarında növbədə dayanaraq iştirakçılar, qonaqlar və tamaşaçılar arasında təcili tibbi xidmətə ehtiyacı olanlara xidmət göstərəcəklər.
İndidən növbətçilik qrafiki tərtib etmişik. 40 sanitar avtomobili və 90 həkim briqadası Oyunlar zamanı qrafik əsasında öz xidməti borclarını yerinə yetirəcəklər. Daha ciddi tibbi yardıma ehtiyacı olanlar isə sanitar maşınlarla Bakı Sağlamlıq Mərkəzinə və Bakı Kliniki Mərkəzə çatdırılacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB